Fransanın ifrat sağçı “Milli Ralli” partiyasının lideri Jordan Bardella prezident Emmanuel Makronu parlamenti buraxmağa və növbədənkənar seçkilər təyin etməyə çağırıb.
QafqazTürk bu barədə Fransa mətbuatı məlumat yayır. Bardella bildirib ki, “orta və uzunmüddətli siyasət yürütmək üçün fransız xalqına dinc və sağlam şəkildə çoxluğu seçmək imkanı verilməlidir.”
Siyasətçi həmçinin qeyd edib ki, “çox böyük ehtimalla növbədənkənar parlament seçkilərində baş nazirliyə namizəd olacaq”, lakin bu barədə hələ yekun qərar verməyib.
Xatırladaq ki, dünən Fransanın baş naziri Sebastien Le Korneaux kabinetin tərkibini açıqladıqdan bir neçə saat sonra istefa verib. Onun hökuməti müasir Fransa tarixində hakimiyyətdə ən qısa müddət fəaliyyət göstərən kabinet kimi yadda qalıb.
Bazar ertəsi axşam prezident Emmanuel Makron, ölkədəki siyasi böhrandan çıxış yolu tapmaq məqsədilə Le Korneauxa digər partiyalarla iki günlük danışıqlara rəhbərlik etməyi tapşırıb.