Ölkə vətəndaşlarına yenilənmiş dizayna malik biometrik pasportların və yaşayış üçün elektron şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb

164

Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi bildirib ki, 2025-ci il 6 oktyabr tarixindən etibarən ölkə vətəndaşlarına yenilənmiş dizayna malik biometrik pasportların və yaşayış üçün elektron vəsiqələrin verilməsi başlanır.

Agentliyin məlumatına görə, yeni sənədləri yalnız həmin tarixdən sonra müraciət edən şəxslər ala biləcək. Hazırda qüvvədə olan sənədlərin sahibləri onları məcburi qaydada yeniləməli deyillər, xidmət haqları isə dəyişməz qalır.

Yenilənmiş dizayn aşağıdakı identifikasiya və səyahət sənədlərinə də şamil olunur:

Müvəqqəti yaşayış üçün elektron vəsiqəsi;

Daimi yaşayış elektron vəsiqəsi;

Diplomatik pasport;

Xidməti pasport;

Qaçqın statusuna malik şəxsin səyahət sənədi;

Gürcüstanda statusu olan, ancaq vətəndaşlığı olmayan şəxsin səyahət pasportu.

 

Yeni nəsil sənədlər müasir qoruma elementləri ilə daha da gücləndirilib və beynəlxalq standartlara tam uyğun gəlir. Dizayn milli simvollarla zənginləşdirilib ki, bu da sənədlərə xüsusi identiklik verir.

Müraciət etmək istəyən şəxslər Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin ərazi şöbələrinə, Ədliyyə evlərinə, mobil ədliyyə evlərinə və ya agentliyin rəsmi vebsaytı vasitəsilə onlayn qaydada müraciət edə bilərlər.

Yeni şəxsiyyət vəsiqələrinin verilməsinə isə 2025-ci il 3 noyabrdan başlanacaq.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Yeniyetmə həmyaşıdını yaralayıb, təfərrüatlar…
Öncəki yazı
Papuaşvili: Vətəndaşlarımız demokratiyanın tərəfində dayanır