Mərkəzi Seçki Komissiyasının (MSK) adından vətəndaşlara zəng edilir, guya seçkilərdə iştirak edib-etmədiklərinin yoxlanılması üçün. Bu isə, öz növbəsində, MSK-nın adından müxtəlif təxribatçı bəyanatlara hazırlığı xatırladır. Bunu MSK-nın mətbuat katibi Natiya İoseliani brifinqdə bildirib.
Onun sözlərinə görə, MSK tərəfindən belə telefon zəngləri həyata keçirilməyib.
“Qətiyyətlə bəyan edirik ki, belə telefon zəngləri seçki administrasiyası tərəfindən həyata keçirilməyib. Görünür, bəzi şəxslər məqsədli şəkildə MSK-nın adından istifadə etməklə qurumun nüfuzuna xələl gətirməyə və bu cür manipulyasiyalarla seçiciləri aldatmağa çalışırlar. Hər kəsə müraciət edirik ki, MSK-nın adından istifadə etməsinlər və seçki mühitinə ziyan vurmasınlar”, – deyə Natiya İoseliani bildirib.