Rustaveli prospektində bu gün etiraz aksiyası keçiriləcək

49

Rustaveli prospektində bu gün etiraz aksiyası keçiriləcək.

Bu gün, oktyabrın 4-də Rustaveli prospektində növbəti kütləvi etiraz aksiyası baş tutacaq. Aksiya iştirakçılarının saat 16:00-dan etibarən prospektdə toplaşacağı bildirilib.

Etirazlar öncəsi saat 15:00-da Tbilisi Dövlət Universitetinin (TDU) 1-ci korpusundan tələbə yürüşünün başlanacağı da açıqlanıb.

“Rustaveli prospekti” hərəkatının təsisçisi Paata Burçuladze sosial şəbəkə üzərindən vətəndaşlara çağırış edərək aksiyaya qoşulmağa səsləyib:

“Saat 16:00-da Vətənə xidmətdə, hamı Rustavelidə!” – deyə o bildirib.

Rustaveli prospektində keçirilən etiraz aksiyaları artıq 311 gündür davam edir. Etirazçılar yeni seçkilərin təyin olunmasını və aksiyalar zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edirlər.

Kateqoriya: Siyasət
Sonrakı yazı
İvanişvili: “Gürcü Arzusunun hakimiyyəti dövründə bütün seçkilər azad olub”
Öncəki yazı
Netanyahu: “İsrail Trampın girovlarla bağlı planını dərhal həyata keçirməyə hazırdır”