Aİ Rusiyaya qarşı sanksiyaların müddətini daha bir il uzadıb

68

Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın sabitliyi pozan hərəkətlərinə cavab olaraq tətbiq etdiyi sanksiyaların müddətini daha bir il – 2026-cı il oktyabrın 9-na qədər uzadıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi saytında dərc olunan bəyanatda yer alıb.

Qərarın qəbuluna Rusiyanın Aİ-yə, üzv dövlətlərə və tərəfdaş ölkələrə qarşı həyata keçirdiyi hibrid fəaliyyətlər, xüsusilə də xarici informasiya manipulyasiyası və müdaxiləsi səbəb olub.

Hazırda sanksiyalar 47 fiziki və 15 hüquqi şəxsə şamil edilir. Siyahıda adı olan şəxslərin aktivləri dondurulub, Aİ vətəndaşlarına və şirkətlərinə onlara maliyyə və ya iqtisadi resurs təqdim etmək qadağandır. Bundan əlavə, həmin şəxslərə Aİ ərazisinə daxil olmaq və ya tranzit keçmək də yasaqlanıb.

Qeyd edək ki, Aİ Şurası 8 oktyabr 2024-cü ildə Rusiyanın sabitliyi pozan fəaliyyətlərinə cavab olaraq xüsusi sanksiya çərçivəsi qəbul etmişdi. Bu rejim Rusiya hökumətinin Aİ və üzv dövlətlərinin fundamental dəyərlərinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran siyasət və hərəkətlərində iştirak edən şəxsləri, eləcə də üçüncü ölkələrə və beynəlxalq təşkilatlara qarşı hibrid fəaliyyətlər həyata keçirənləri hədəf alır.

Kateqoriya: Siyasət
Sonrakı yazı
4 oktyabr tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
Həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb