Mçxeta-Mtianeti bölgəsində 21 yaşlı oğlan bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Nazirliyin açıqlamasına əsasən, hadisə şəxsi mübahisə zəminində baş verib.
QafqazTürk Media xəbər verir ki, gənc oğlanı həmkəndlisi bıçaqlayaraq hadisə yerindən qaçıb.
Hadisəni törətməkdə şübhəli bilinən, 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş şəxs saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 19-108-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) üzrə istintaq aparılır. Bu maddə ilə 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.