Marneuli və Bolnisidə bir daha şahid olduq ki, seçkilər yaxınlaşdıqca “Lelo-Güclü Gürcüstan” komandasına qarşı hakimiyyət tərəfindən təzyiq, şantaj və hədə-qorxu ən yüksək həddə çatır.
QafqazTürk Media xəbər verir ki, bu barədə Partiya rəhbəri Badri Caparidze bildirib.
O bildirib ki:
“Gürcü Arzusu” panikadadır və son silah kimi repressiyalara əl atır, çünki onlar yaxşı bilirlər ki, dəyişiklik qaçılmazdır!
Vətəndaşlarımız 4 oktyabrda mütləq seçki məntəqələrinə gedəcək və öz səslərini “Gürcü Arzusu”na qarşı, ölkənin inkişafı və daha yaxşı gələcək naminə istifadə edəcəklər!”