Prezident Mixail Kavelaşvili BMT Baş Assambleyasında bildirib: Ölkəmiz Cənubi Qafqazda davamlı sülhə və əməkdaşlığa sadiqdir

109

Prezident Mixail Kavelaşvili BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib:

“Biz Ermənistanla Azərbaycan arasında Prezident Donald Trampın sülh təşəbbüsünü, eləcə də Rusiya–Ukrayna qanlı müharibəsinin tezliklə başa çatdırılması istiqamətində onun səylərini alqışlayırıq.

Gürcüstan həmişə dəstəkləyib və aktiv şəkildə çalışıb ki, Cənubi Qafqaz regionunda davamlı və uzunmüddətli sülh bərqərar olsun. Məhz sülhün əhəmiyyətini dərindən dərk etdiyimiz üçün Gürcüstan Cənubi Qafqaz regionunun transformasiyasında öz töhfəsini verir və çalışır ki, bu məkan münaqişələr regionu yox, sivilizasiyaların dialoqu və iqtisadi rifah məkanı olsun.

Gürcüstan həmişə dəstəkləyib və fəal surətdə çalışıb ki, qonşular arasında qarşılıqlı etimad və əməkdaşlıq dərinləşsin. Əsrlər boyu ölkəmiz sivilizasiyaların qovşağı və müxtəlif mədəniyyətlərin dialoq məkanı olub. Bu gün Gürcüstan öz tarixi funksiyasını bərpa edir”. – deyə Mixail Kavelaşvili qeyd edib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Qalaktion Tabidzenin kitabı çıxıb
Öncəki yazı
Prezident Mixail Kavelaşvili BMT-nin Baş katibi ilə görüşüb