“Lelo-Güclü Gürcüstan” partiyasının Bolnisi üzrə namizədi Asəf Çıraqov namizədliyini geri götürüb

141

Bolnisidə “Lelo-Güclü Gürcüstan” partiyasının namizədi Asəf Çıraqov namizədliyini geri götürüb və “Gürcü Arzusu” partiyasına dəstəyini bildirib.

Siyasi partiya olan “Lelo-Güclü Gürcüstan” tərəfindən Bolnisidə merliyə namizəd göstərilən Asəf Çirağov bu gün sosial şəbəkədə – Facebook-da paylaşdığı açıqlama ilə seçkilərdə iştirakdan imtina etdiyini bildirib.

Çıraqov açıqlamasında qeyd edib ki, namizədliyi qəbul etməsinin səbəbi doğma bölgəsinə xidmət etmək istəyindən irəli gəlirdi. Lakin çox keçmədən müəyyən şəxslərin onun resurslarını şəxsi siyasi maraqlar naminə istifadə etməyə çalışdıqlarını gördüyünü deyib.

Onun sözlərinə görə, “Gürcü Arzusu”nun namizədi Zamur Çitanava qalib gəldikdən sonra Bolnisinin inkişafı və əhalinin maraqlarının müdafiəsinə töhfə verəcək.

Bu səbəbdən Asəf Çıraqov bəyan edib ki, səslərin parçalanmaması üçün namizədliyini Zamur Çitanavanın xeyrinə geri götürür.

“Bu gün çəkişmələrin və mənasız siyasi qarşıdurmaların deyil, sülhün və sabitliyin qorunmasının vaxtıdır. İnkişaf yolunun yeganə açarı məhz bundan keçir,” – deyə o, Facebook açıqlamasında vurğulayıb.

 

Kateqoriya: Siyasət
Sonrakı yazı
Ölkə sərhədində böyük miqdarda bəyan edilməmiş siqaretin qanunsuz keçirilməsinin qarşısı alınıb
Öncəki yazı
Prezident Mixail Kavelaşvili BMT-nin baş qərargahında Birləşmiş Millətlər Təşkilatının yaradılmasının yubiley tədbirində iştirak edir