Karelinin mərkəzində atışma baş verib. Mövcud məlumata görə, naməlum şəxs odlu silahdan bir neçə dəfə atəş açıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı araşdırmalara başlanılıb, hazırda istintaq hərəkətləri davam etdirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı bir nəfəri saxlayıblar. Atışma nəticəsində xəsarət alan olmayıb.