Rusiyanın ən böyük beş zavodundan biri sayılan Kiriş Neft Emalı Zavoduna hücum edilib.
QafqazTürk Media xəbər verir ki, zərbə zavodun əsas istehsal sahəsi hesab olunan ELOU AVT-6 qurğusuna – neftin ilkin emal bölməsinə dəyib.
Kiriş zavodu ildə təxminən 20 milyon ton neft emalı gücünə malikdir və yüksək oktanlı benzinlə yanaşı bütün yanacaq növlərinin istehsalını təmin edir. Əhəmiyyətinə görə, müəssisə Rusiyanın neft emalı sistemində ikinci ən mühüm zavod hesab olunur.
Ekspertlərin fikrincə, bu zavoda endirilən zərbə ölkənin yanacaq təchizatı sisteminə ciddi təsir göstərə bilər. Ziyanın miqyası hələ dəqiqləşdirilməsə də, hətta qısamüddətli dayanmanın belə Rusiyanın şimal-qərb bölgələrində benzin və dizel çatışmazlığına səbəb olacağı bildirilir.
Bu, müharibə dövründə Kiriş zavoduna endirilmiş ilk uğurlu hücum kimi qiymətləndirilir.