ABŞ prezidenti Donald Tramp Corc Sorosun əleyhinə istintaqa başlanmasını tələb edib.
Qafqaztürk media Trampın sözlərinə istinadən xəbər verir ki, Soros və bir sıra digər şəxslər haqqında RICO qanununa (“Korrupsiyalaşmış və təsir göstərən reket təşkilatları haqqında”) əsasən iş var. Tramp bildirib ki, Soros gəncləri maliyyələşdirir, öyrədir və radikallaşdırır, ekstremizm və terror yayır.
Soros və onun oğlu Aleks ölkə üzrə zorakı etirazları maliyyələşdirməkdə və siyasi vəziyyəti qeyri-sabitləşdirməyə cəhd göstərməkdə ittiham olunurlar. Tramp milyarderi “psixopat” adlandırıb, onun ətrafını isə “Amerikaya böyük zərər vuran psixopatlar qrupu” kimi səciyyələndirib.