“Tbilisoba” nın keçiriləcəyi tarix məlumdur

43

Tbilisi meri Kaxa Kaladze bildirib ki, paytaxtın ənənəvi bayramı – “Tbilisoba” bu il 20-21 sentyabrda təşkil olunacaq.

Onun sözlərinə görə, 20 sentyabrda Dövlət Mərasimləri Sarayında “Fəxri Tbilisili” mükafatlandırma mərasimi keçiriləcək və televiziya vasitəsilə canlı yayımlanacaq. Növbəti gün, 21 sentyabrda isə Avropa meydanında möhtəşəm konsert proqramı təqdim olunacaq.

Kaladzenin açıqlamasına görə, əsas tədbir məkanları əvvəlki kimi Orbeliani meydanı və Riqi parkı olacaq. Burada iki gün ərzində qonaqlar sərgilər, teatrlaşdırılmış tamaşalar, əyləncə və uşaq proqramları ilə qarşılanacaqlar. Abanotubanidə isə 20-21 sentyabr tarixlərində “Tbilisi müxtəlifliyi” adlı sərgi-satış təşkil olunacaq.

Həmçinin Riqi parkında uşaqlar üçün xüsusi tamaşalar və yerli estrada ifaçılarının iştirakı ilə konsertlər baş tutacaq. Bayramın kulminasiya mərhələsi isə 21 sentyabr axşamı, saat 20:00-da Avropa meydanında keçiriləcək böyük konsert olacaq.

Merin sözlərinə görə, tədbirlərin ətraflı proqramı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Bolnisidə könüllülük əsasında fəaliyyət göstərən AHƏNG təşəbbüs qrupunun təqdimat görüşü keçirilib – DAHA ƏTRAFLI
Öncəki yazı
Rusiyanın hava məkanını pozması səbəbilə Tbilisi–Varşava reysi Vrotslavda eniş etdi