Rusiyanın hava məkanını pozması səbəbilə Tbilisi–Varşava reysi Vrotslavda eniş etdi  

40

Rusiyaya məxsus dronların Polşanın hava məkanını pozması nəticəsində Varşava hava limanı bir neçə saatlıq bağlanıb. Bu səbəbdən Tbilisi–Varşava reysi Vrotslav hava limanına yönləndirilib.

LOT aviaşirkətinə məxsus təyyarə Tbilisidən səhər saat 04:26-da havaya qalxıb. Lakin təhlükə səbəbindən Varşavanın Şopen hava limanı reysi qəbul etməyib və təyyarə alternativ olaraq Vrotslavda eniş edib.

Polşanın Silahlı Qüvvələrinin Operativ Komandanlığı məlumat yayıb ki, ölkənin hava məkanını Rusiya dronları pozub. Rəsmi açıqlamada bu hadisə “təcavüz aktı” kimi qiymətləndirilib:

“Dünən gecə Rusiya Federasiyasının Ukraynaya hücumu zamanı dronların Polşanın hava məkanına misilsiz müdaxiləsi baş verdi. Bu, təcavüz aktıdır və vətəndaşlarımızın təhlükəsizliyi üçün real təhdid yaradır”.

Komandanlığın bildirdiyinə görə, müdafiə prosedurları dərhal işə salınıb. Hazırda vəziyyətin nəzarət altında olduğu, Polşa və müttəfiq qüvvələrin isə mümkün addımlar üçün tam hazır vəziyyətdə qaldığı vurğulanıb.

 

Kateqoriya: Dünya
Sonrakı yazı
“Tbilisoba” nın keçiriləcəyi tarix məlumdur
Öncəki yazı
Qardabanidə yol-nəqliyyat hadisəsi baş verib