“Rusiya ilə uçuşların bərpası qərarı ilə, Rusiyada yaşayan diasporlarımızın vətənlərinə gediş-gəlişi asanlaşacaq,”
QafqazTürk xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili “Gürcüstan Diasporu Gününə” həsr olunmuş forumdan sonra jurnalistlərə bəyan edib.
İlia Darçiaşvili həmçinin qeyd edib ki, həmvətənlərimizin vətənləri ilə münasibətlərindəki problemləri aradan qaldıran Rusiya ilə uçuşların bərpası onların gündəlik həyatını asanlaşdıracaq.
“Uçuşların bərpasına münasibət bildirdiyimiz yeganə əsas məsələ odur ki, bu qərarla Rusiya Federasiyasında yaşayan layiqli həmvətənlərimizin, diasporumuzun vətənlərinə gediş-gəlişi asanlaşacaq, və onların vətənləri ilə münasibətlərindəki problemləri aradan qaldıran uçuşların bərpası onların gündəlik həyatlarını asanlaşdıracaq. Bəyanatımıza gəldikdə isə, biz yenədə bu mövqedə qalırıq ki, uçuşların bərpası prosesində iştirak etməmişik. Rusiya tərəfindən müvafiq qərar qəbul olunub və biz bu bəyanat barədə artıq bir şey deyə bilmərik”, – Darçiaşvili qeyd edib.