Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, artıq 26 ölkə Ukraynanın təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə hazırdır.
Dövlət başçısı bu barədə Teleqram kanalında paylaşım edib:
“Bütün azad Avropa, ABŞ, Kanada, Yaponiya, Avstraliya, Yeni Zelandiya və dünyanın digər tərəfdaşları bizimlədir. Nəticəmiz: 26 ölkə Ukraynanın təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçməyə hazırdır. Birgə işimizə görə bütün liderlərə minnətdaram”.
Zelenski əlavə edib ki, Moskva sülh təşəbbüslərinə təminat verilməmişdən öncə, hərbi fəaliyyətini dayandırmalıdır:
“Biz mümkün olan hər şeyi etməliyik ki, Moskva sülh təşəbbüslərini rədd etməyi dayandırsın və müharibəni uzatmağın nəticələrini anlasın. Güclü sanksiyalar və tariflər – Avropa və Amerikanın birgə səyləri bunun açarıdır. Rusiya hərbi maşınının maliyyələşdirilməsi üçün heç bir imkan qalmamalıdır. Bundan sonra isə daha sıx transatlantik əməkdaşlıq ilə təzyiq hiss olunacaq”.