Gürcüstan millisi bu gün Bolqarıstanla qarşılaşacaq

50

Futbol üzrə Gürcüstan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu Bolqarıstana qarşı keçirəcək. Qarşılaşma bu gün saat 17:00-da Tbilisidəki “Dinamo Arena”da start götürəcək.

Gürcüstan yığması seçmələrin E qrupunda Türkiyə, İspaniya və Bolqarıstanla mübarizə aparır. Qrupda birinci yeri tutan komanda birbaşa Kanada, Meksika və ABŞ-da keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq. İkinci pillənin sahibi isə çempionat uğrunda mübarizəni pley-off mərhələsində davam etdirəcək.

Kateqoriya: Cəmiyyət, İdman
Sonrakı yazı
Strasburqda gürcülərin böyük toplantısı: “Avropaya körpülər”  
Öncəki yazı
Tbilisidə Peyğəmbərimizin 1500 illik Mövlud Gününə həsr olunmuş tədbir keçirilib