This is a specific ad

Azərbaycan və Ermənistan Moldovada keçiriləcək Avropa sammiti zamanı sülh sazişini imzalaya bilərlər – ƏTRAFLI

70

Another advertisement

“Azərbaycan və Ermənistan sülh sazişini gələn həftə, Moldovada keçirilməsi planlaşdırılan Avropa sammiti zamanı imzalaya bilərlər.”

QafqazTürk xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdulayeva açıqlayıb.

“Ümid edirik ki, iyunun 1-də Kişinyovda nəhayət sülh sazişi imzalana bilər. Bu, tarixi bir məqam və impulsdur, bunu qaçırmaq olmaz”, – deyə azərbaycanlı diplomat bildirib.

Moldovada keçiriləcək Avropa siyasi dostluq sammitində 47 dövlətin hökumət başçıları və Aİ təsisatlarının siyasi rəhbərlərinin iştirakı gözlənilir. Sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz ilə yüksək səviyyəli danışıqlar aparacaqlar.

Sonrakı yazı
Tsalkada qəza – 4 yaşınadək uşaq su anbarına düşərək ölüb
Öncəki yazı
Putin: “Ümid edirəm ki, biz yalnız Ermənistan və Azərbaycan arasında deyil, bütövlükdə regionda vəziyyəti konstruktiv inkişaf yoluna qoyacaq razılaşmalar əldə edəcəyik”