Axmeta rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki nəfərin həyatına son qoyub. Şahidlərin sözlərinə görə, “Mercedes” markalı avtomobil ilə motosiklet toqquşub.
Zərbənin güclü olması nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü hadisə yerindəcə dünyasını dəyişib.
Motosikletin çıxarılması üçün əlavə xilasedici qüvvələrin səfərbər olunmasına ehtiyac yaranıb.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.