7 sentyabr günün ikinci yarısından 8 sentyabr səhərədək Gürcüstanın əksər rayonlarında yağış, şimşək çaxması və dolu gözlənilir.
Sahil rayonlarında küləyin güclənməsi mümkündür.
Gözlənilən güclü yağışlar Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda selə, ölkənin dağlıq ərazilərində isə sürüşmə və daşqın proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi – orta).