Kvemo Kartli qubernatoru vəzifəsində cəmi 122 gün çalışan Levan Xarabadze Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər müavini təyin edilib. Hazırda regionun yeni qubernatorunun kim olacağı açıqlanmayıb.
Xarabadze 2025-ci il mayın 6-da “Gürcü Arzusu” partiyasının baş naziri İrakli Kobaxidze tərəfindən Kvemo Kartlinin qubernatoru vəzifəsinə gətirilmişdi. Qubernatorluğu dövründə o, Marneuliyə səfər edib və bir sıra görüşlər keçirib.
Sentyabrın 3-də Parlamentdə “Gürcü Arzusu” fraksiyası 85 səslə Mamuka Mdinaradzeni Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri seçib. Sentyabrın 4-də isə onun müavinlərinin adları açıqlanıb.
Ədliyyə nazirinin birinci müavini Laşa Mağradze xidmətin birinci müavini postuna gətirilib. Ədliyyə nazirinin müavini Aleksandre Maisuradze, Kvemo Kartlinin keçmiş qubernatoru Levan Xarabadze və Dövlət Təhlükəsizliyi Departamentinin direktoru Tamaz Boraşvili isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər müavinləri təyin olunublar.