Marneulidə Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbir saat 14:00- da başlayıb, axşam saat 18:00 -dək devam edəcək.
Marneulidə Müstəqillik Gününə həsr olunmuş konsert yerli sənətçilərin ifaları ilə qeyd olunur: “İberia” ansamblı, “Enquri” ansamblı, Şaban Məmmədov, “Era” ansamblı, “Sarvan” ansamblı, vokal studiyası, Mariam Çoxonelidze, “Hucabi” müğənnilər qrupu, saz dərnəyi, Kristi Cavaxidze;
Bundan əlavə yerli sakinlər üçün musiqili və teatr tamaşaları, idman tədbirləri, müsabiqələr, uşaq tamaşaları və şoular təşkil olunub.
Saat 17:10-da Gürcüstanın dövlət himni bütün ölkə ərazisində, o cümlədən Marneulidə təntənəli şəkildə səsləndiriləcək
Qeyd edək ki, 1918-ci ilin 26 may tarixində Gürcüstan Milli Şurası dövlət müstəqillik aktını qəbul edib. Noe Jordaniyanın rəhbərliyi ilə ilk demokratik respublika Sovet İttifaqı tərəfindən işğal olunana qədər – iki il ərzində mövcud idi. Həmin dövrdə Gürcüstan müstəqilliyi aparıcı Avropa ölkələri tərəfindən tanınıb. Müstəqillik 70 ildən sonra – 1991-ci ildə 9 aprel tarixində bərpa olunub.