Bolnisi bələdiyyəsinin Kəpənəkçi kəndindən olan gənclərinin təşəbbüsü ilə iki aydır ki yaradılan “Ahəng” təşəbbüs qrupu könüllülük əsasında həyata keçirdiyi layihələrlə gənclərin inkişafına töhfə verməyə davam edir.
Qrupun əsas məqsədi gəncləri bir araya gətirərək öyrənmə, inkişaf və əyləncəni təşviq etməkdir.
“Ahəng” Təşəbbüs qrupu Bolnisi bələdiyyəsinin fəal gəncləri tərəfindən yaradılıb. Məhz gənclər rəhbərlik edirlər. Klubub direktor Dinar Əhmədov, koordinatoru isə Samaya Ruqayevadır. Ahəng təşəbbüs qrupu klubu gənclərin inkişafına dəstək üçün 5 istiqamət üzrə fəaliyyət göstərirlər. Hər bir klubun öz gənc rəhbərləri var.
*Təbiət və Ekologiya Klubu (rəhbər: Gülçin Quliyeva)* – gənclərdə ekoloji düşüncəni gücləndirir, təbiəti qorumaq üçün layihələr həyata keçirir.
*İncəsənət və Yaradıcılıq Klubu (rəhbər: Qurban Qasımov)* – gənclərin yaradıcılıq imkanlarını üzə çıxarır, mədəni tədbirlər təşkil edir.
*Texnologiya Klubu (rəhbər: Elif Xəlilova) –* rəqəmsal bacarıqların artırılması və innovasiyaların təşviqinə xidmət edir.
*Əyləncə Klubu (rəhbər: Cansu Zərgərova) –* gənclərin asudə vaxtını səmərəli təşkil edir, sosial əlaqələri möhkəmləndirir.
*İdman Klubu (rəhbər: Xəyal Quliyev) –* sağlam həyat tərzini təşviq edir, idman yarışları vasitəsilə gəncləri bir araya gətirir.
Bildirmək istəyirik ki, bugün, 28 avqustda, “Ahəng”in İdman Klubunun təşəbbüsü ilə bölgədə gəncləri bir araya gətirən idman turniri keçirilib. Açılış nitqini qrupun direktoru Dinar Əhmədov edib. Turnirin təşkili və idarəsinə isə klubun rəhbəri Xəyal Quliyev rəhbərlik edib.
Turnir zamanı müxtəlif komanda və fərdi oyunlar keçirilib. Gənclər bacarıqlarını nümayiş etdirməklə yanaşı, dostluq və əməkdaşlıq mühitində vaxt keçiriblər. Tədbir çərçivəsində iştirakçılar üçün furşet də təşkil olunub.
Ahəng təşəbbüs qrupu ilə əlaqə üçün:
Telefon: +995 555 93 87 36
E-mail:ahənggənclər@gmail.com
Qeyd etmək istəyirik ki, “Ahəng” Təşəbbüs Qrupu ictimaiyyəti gənclərin inkişafına dəstək göstərməyə çağırır. Qrupun fəaliyyətlərinə verilən hər bir dəstək həm gənclərin gələcəyinə, həm də cəmiyyətin inkişafına xidmət edir.