Dmanisidə azərbaycanlı gənclərin iştirak etdiyi “Yay düşərgəsi” keçirilib – FOTO

14

Diasporla İş üzrə Dövlət Komitəsinin layihəsi çərçivəsində “Dmanisi Tədris Mərkəzi”nin təşkilatçılığı ilə 25–28 avqust tarixlərində Dmanisi rayonunun Armudlu kəndində azərbaycanlı gənclərin iştirakı etdiyi “Yay düşərgəsi” keçirilib. Düşərgəyə Marneuli, Rustavi, Laqodexi, Bolnisi, Qardabani, Saqareco və Dmanisidən 25 gənc qatılıb.

Tədbir Armudlu gölü ətrafında yerləşən təbii mənzərəli məkanda baş tutub. Proqram çərçivəsində gənclər Tbilisidəki Heydər Əliyev parkını ziyarət edərək Ulu Öndərin xatirəsini anıblar, diaspor siyasəti barədə məlumat alıblar, həmçinin Dmanisi Tarix Muzeyi, VI əsrə aid Dmanisi Sionisi məbədi və digər mədəni-tarixi məkanlara ekskursiyalar ediblər.

Düşərgədə intellektual oyunlar, əyləncəli proqramlar təşkil olunub, hüquqşünas Əli Bədirov isə gənclərə Gürcüstan qanunvericiliyində nikah yaşı ilə bağlı dəyişikliklər barədə məlumat verib. Borçalı aşıq məktəbinin nümayəndəsi Aşıq Kamandar Qurbanovla görüşdə isə gənclərə aşıq sənətinin qədim ənənələri haqqında danışılıb.

Sonda fəal iştirak edən gənclərə sertifikatlar təqdim olunub.

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Lukaşenkodan yeni açıqlama
Öncəki yazı
Gürcüstan Bankı “Qadın Sahibkarların İnkişafı Proqramı”nın 12-ci mərhələsinə start verib