Dmanisidə tarixi bir gün

211

Bu gün Dmanisi bələdiyyəsinin Qızılkilsə kəndində şairə Səadət Butanın ev-muzeyinin açılış mərasimi baş tutub.

Ev-muzey Dmanisi meriyasının və iş adamlarının dəstəyi ilə ərsəyə gəlib.

Açılışda Dmanisi meri Koba Muradaşvili, meriya nümayəndələri, Gürcüstan Azərbaycanlıları Konqresinin nümayəndələri, ziyalılar və kənd sakinləri iştirak ediblər.

Muzeyin açılışında qırmızı lenti Dmanisi meri Koba Muradaşvili və Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov birlikdə kəsdilər və qonaqlar üçün ayrılmış xüsusi dəftərə öz ürək sözlərini yazdılar.

Bununla yanaşı, ziyalılar da dəftərə öz qeydlərini etdilər.

Dmanisi meri Koba Muradaşvilinin Səadət Buta yaradıcılığına göstərdiyi bu diqqət xalqımıza, poeziyamıza və mədəniyyətimizə göstərilmiş diqqətdir.

Tədbir qonaqlıq ilə davam edib. Süfrə başında toplaşan qonaqlar öz xoş arzularını çatdırıblar. Məclis saz havası, poeziya və musiqi ilə şənlənib.

 

Sonrakı yazı
Marneuli-Sadaxlı avtomagistralında faciəvi hadisə baş verib
Öncəki yazı
Tramp Putinə vaxt qoydu – 2 həftə ərzində Ukrayna ilə müharibəni bitirməsə…