Borjomidə baş verən qəza nəticəsində 2 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb. İlkin məlumata görə, “Toyota” markalı avtomobil ilə treyler toqquşub.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin səkkizinci bəndi ilə istintaq başlanılıb. Bu maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində iki və ya daha çox şəxsin ölümünə səbəb olma halını nəzərdə tutur.