Bu gün Keda bələdiyyəsində baş vermiş yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.
Məlumata görə, faciə yüngül avtomobilin yol kənarına aşması nəticəsində baş verib.
Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi üzrə,yəni nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi və istismar qaydalarının pozulmasına görə cinayət işi başladıb.