Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Böyük Britaniyaya səfər edəcək

26

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Böyük Britaniyaya səfər edəcək. Bu barədə məlumatı Sky News yayıb.

Məlumata görə, Zelenski Londonda Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşəcək. Görüşün detalları hələlik açıqlanmır.

Xatırladaq ki, dünən Avropa liderləri və Zelenski ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıblar. Danışıqdan sonra Kir Starmer bildirib ki, “istənilən razılaşma çərçivəsində Ukraynanın öz ərazi bütövlüyünü qorumaq üçün möhkəm və etibarlı təhlükəsizlik zəmanətləri olmalıdır”.

Sonrakı yazı
15 avqust tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
14 avqust tarixinə olan valyuta məzənnəsi məlumdur