Bu gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla görüş keçirib. Görüş BMT-nin təşkil etdiyi beynəlxalq tədbir çərçivəsində baş tutub.
Tərəflər Gürcüstan və Ermənistan arasında uzun illərdir davam edən strateji tərəfdaşlıq münasibətlərini, müxtəlif sahələrdəki əməkdaşlığı və regionda baş verən son siyasi hadisələri müzakirə ediblər.
Görüş zamanı hər iki lider Cənubi Qafqazda sülh və sabitliyin vacibliyini vurğulayıb. Baş nazir Kobaxidze, Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarının son mərhələyə yaxınlaşmasını müsbət qiymətləndirib və Gürcüstanın bu prosesə töhfə verməyə hazır olduğunu bildirib.
Görüşdə həmçinin Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani də iştirak ediblər.