Türkiyədə meşə yanğınları davam edir

89

Qardaş Türkiyənin 3 vilayətində, 4 istiqamətdə meşə yanğınları davam edir. Güclü küləklərə görə yanğınlar tez-tez istiqamət dəyişir, bu da yanğınsöndürənlərin işini çətinləşdirir və həyatlarını riskə atır. Buna baxmayaraq, yanğınsöndürənlər var ki, 72 saatdır evlərinə getmədən, dincəlmədən öz işlərinə davam edirlər.

Bu yanğınlarla bağlı Sabotaj faktı da aşkar edilib və şübhəli şəxs gözaltına alınıb. Həmin şübhəlinin maşınında plastik qabda benzin və biləklərində yanıq işləri aşkar edilib. Həmçinin şübhəlinin FETÖ terror qrupunun üzvü olduğu təsdiqlənib.

Daxili işlər naziri Ali Yerlikaya sosial mediada 22-27 iyul 2025-ci il tarixləri arasında baş verən meşə yanğınları ilə əlaqədar 7 şübhəlinin jandarma tərəfindən saxlanıldığını, saxlanılanlardan 3-nün həbs olunduğunu, 4-nün isə məhkəmə nəzarətinə verildiyini açıqlayıb.

 

Kateqoriya: Dünya, Gündəm, Region
Sonrakı yazı
Rusiyada Vatsap bağlanırmı? – Rəsmi açıqlama
Öncəki yazı
Paytaxtda mənzil neçəyədir?