20 İyul 1974 – Kıbrıs Barış Hərəkatından 51 il ötür

32

20 iyul 1974-cü ildə Türk Silahlı Qüvvələri tərəfindən həyata keçirilən Kıbrıs Barış Hərəkatı nəticəsində Kıbrıs türklərinin hüquqları və təhlükəsizliyi təmin olundu, adaya sülh və sabitlik gətirildi.

Hərəkat, 1960-cı ildə Türkiyə, İngiltərə və Yunanıstan arasında imzalanan Zürih və London sazişlərinə əsaslanaraq, garantör dövlət hüququ ilə reallaşdırıldı.

Bu müdaxilə, 1963-1974-cü illərdə Rumların Kıbrıs türklərinə qarşı həyata keçirdiyi təzyiq, zorakılıq və soyqırımların qarşısını almaq məqsədi daşıyırdı. Xüsusilə 15 iyul 1974-cü ildə Yunan cuntasının Makarios hökumətinə qarşı çevriliş etməsi vəziyyəti daha da kəskinləşdirdi.

Türkiyə əvvəlcə diplomatik yol seçsə də, nəticə əldə olunmadığı üçün hərbi əməliyyata qərar verildi. Beləliklə, 20 iyul 1974-cü ildə başlanan Kıbrıs Barış Hərəkatı, bölgədə yeni bir mərhələnin əsasını qoydu.

Kateqoriya: Cəmiyyət, Dünya, Region
Sonrakı yazı
İranın nüvə proqramı ilə bağlı danışıqlar gələn həftə baş tuta bilər
Öncəki yazı
Gürcüstanda güclü yağış, dolu və külək gözlənilir – xəbərdarlıq verildi