Gürcüstanın Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, iyulun 20-si günün sonundan iyulun 22-si səhərinədək ölkə ərazisində yüksək temperatur fonunda arabir qısamüddətli yağış və şimşəkli hava proqnozlaşdırılır. Dağlıq və yüksək dağlıq zonalarda bəzi yerlərdə güclü yağış, dolu və küləyin güclənməsi ehtimalı var.
Qurumun bildirdiyinə görə, gözlənilən yağıntılar Şərqi Gürcüstanın kiçik çaylarında selə, təpəlik və dağlıq ərazilərdə isə torpaq sürüşməsi və palçıq axını kimi geoloji proseslərin başlanmasına və ya aktivləşməsinə səbəb ola bilər. Təhlükə səviyyəsi – orta dərəcədədir.