This is a specific ad

Gürcüstanda 2022-ci ildə əhalinin xərcləri və gəlirləri – STATİSTİKA

47

Another advertisement

2022-ci ildə Gürcüstan əhalisinin orta aylıq gəlirlərinin (pul və qeyri-pul fondları) həcmi 1 596,1 milyon lari təşkil edib ki, bu da 2021-ci ilin analoji göstəricisindən 17,3% çoxdur.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata əsasən bir ailənin orta aylıq gəliri 19% artaraq 1453,8 lari, adambaşına düşən gəlir isə 18,6% artaraq 432,7 lari təşkil edib.

“Aparılan araşdırmaların nəticələrinə görə, ailə təsərrüfatlarının əsas gəlir mənbəyini pul gəlirləri və transfertlər təşkil edir ki, onun xüsusi miqdarı 2022-ci ildə ötən illə müqayisədə 0,9% artaraq 86,9% təşkil edib.

Şəhər qəsəbələrində ölkə əhalisinin ümumi orta aylıq gəliri 14,9% artaraq 967,9 milyon lari, kənd yaşayış məntəqələrində isə 21,4% artaraq 628,1 milyon lari təşkil edib.

2022-ci ildə pul gəlirləri və transfertlərinin strukturunda əməkdən əldə edilən gəlirlər hələ də mühüm paya malikdir ki, onların xüsusi miqdarı ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 0,2% artaraq 46,1% təşkil edib. Özünüməşğulluqdan əldə olunan gəlirlərin xüsusi miqdarı isə 2,2% artaraq 12,4%-ə bərabərdir.

Pensiya, təqaüd və sosial yardımdan əldə edilən gəlirlərin xüsusi miqdarı əvvəlki illə müqayisədə 1% bəndi azalaraq 21,6% təşkil edib.

2022-ci ildə Gürcüstan əhalisinin orta aylıq xərcləri 1551,9 milyon lari təşkil edib ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 20,3% çoxdur.

Sorğunun nəticələrinə görə, bir ailəyə düşən orta aylıq xərclər 22% artaraq 1413,6 lari, adambaşına isə 21,7% artaraq 420,7 lari təşkil edib.

2022-ci ildə əvvəlki illə müqayisədə məişət istehlak pul xərclərinin məcmu xərclərdə xüsusi miqdarı 1,4% artaraq 71,5% təşkil edib.

Ölkə əhalisinin ümumi xərcləri şəhər tipli qəsəbələrdə 19,2% artaraq 951,5 milyon lari, kənd tipli qəsəbələrdə isə 22,2% artaraq 600,4 milyon lari olub.

2022-ci ilin məlumatlarına görə, istehlak pul xərclərinin strukturunda ən böyük pay hələ də ərzaq məhsulları, içkilər və tütün məmulatları xərcləridir və 41,8% təşkil edir ki, bu da əvvəlki ilin analoji göstəricisindən 1,9% bəndi azdır”, – deyə məlumatda bildirilib.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Maddələr mübadiləsini sürətləndirməyin ən asan yolu
Öncəki yazı
Ərdoğan zəlzələ bölgəsində təbii qaz və elektrik enerjisi borclarının silinməsi barədə qərar verdi