Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb

71

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb.

İlham Əliyev Mariam Kvrivişvilini yeni vəzifəsi münasibətilə təbrik edərək, onun qısa müddət ərzində Azərbaycana rəsmi səfərini Azərbaycan-Gürcüstan əlaqələrinin sıx və dostyana xarakterinin göstəricisi kimi dəyərləndirib.

Mariam Kvrivişvili göstərilən qonaqpərvərliyə və təbriklərə görə təşəkkürünü bildirərək, Prezident İlham Əliyevlə görüşdən böyük şərəf duyduğunu qeyd edib. O, həmçinin Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin salamlarını Prezidentə çatdırıb.

Tərəflər arasında aparılan müzakirələr zamanı bildirilib ki, Azərbaycan və Gürcüstan arasında enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələr yalnız iki ölkə üçün deyil, bütün region üçün strateji əhəmiyyət daşıyır. Həmçinin bağlantı, enerji, ticarət, sərmayələr və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin önəmi qeyd olunub.

Görüşdə Azərbaycanın Gürcüstanın əsas ticarət tərəfdaşlarından biri olduğu vurğulanıb və bu sahədə böyük potensialın mövcud olduğu qeyd edilib. İqtisadiyyatın müxtəlif sahələrində birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda hər iki tərəf əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduqlarını bildiriblər.

Sonrakı yazı
Marneulidə qanlı hadisə: Qarşıdurma bıçaqlanma ilə nəticələnib
Öncəki yazı
Avropa Şurası Gürcüstanı müzakirə edəcək