İyulun 15-də Avropa Şurası digər məsələlərlə yanaşı, Gürcüstanı da müzakirə etmək üçün Brüsseldə toplanacaq.
“Şura Gürcüstandakı vəziyyəti müzakirə edəcək və hakimiyyətin artan repressiyalarına cavab olaraq mümkün tədbirləri nəzərdən keçirəcək”, – Avropa Şurasının saytındakı bəyanatda deyilir.
Sammitin gündəliyində duran əsas məsələlərdən biri Ukraynada davam edən müharibə olacaq və Ukraynanın xarici işlər naziri Andriy Şibiqa da iclasda iştirak edəcək.
Xarici işlər nazirləri həmçinin Yaxın Şərqdəki hadisələri və Aralıq dənizi ölkələri arasında yeni sazişi müzakirə edəcəklər.