Qara kişmişin sağlamlığa təsiri

31

Qara kişmiş zəngin tərkibi ilə sağlamlıq üçün bir çox faydalı xüsusiyyətə malikdir. Gündəlik qidalanma rejiminə əlavə edildikdə, bu məhsul immun sistemini gücləndirməyə, qan dövranını stimullaşdırmağa və orqanizmdən zərərli maddələrin xaric olunmasına kömək edir.

Bu barədə Milli.az ətraflı məlumat yayıb.

Məlumata əsasən, qara kişmişdə bol miqdarda dəmir, C vitamini və antioksidantlar mövcuddur. Bu maddələr qan azlığı ilə mübarizədə əhəmiyyətlidir və bədənin müdafiə sistemini daha aktiv hala gətirir. Qara kişmiş həm də lif baxımından zəngindir ki, bu da həzm sisteminin işini tənzimləyir və qəbizlik hallarını azaldır. Bağırsaqların təmizlənməsindəki rolu da danılmazdır.

Tərkibindəki təbii şəkərlər sayəsində orqanizmə sürətli enerji verir. Yorğunluq və zəiflik hallarında enerjinin bərpası üçün effektiv qida mənbəyidir. Kalsium və bor elementi isə sümüklərin möhkəmlənməsinə təsir göstərərək, osteoporoz ehtimalını azaldır.

Qara kişmişdə olan antioksidantlar dəri və saç sağlamlığına da müsbət təsir edir. O, dərinin vaxtından əvvəl qocalmasının qarşısını almağa və saç tökülməsini azaltmağa kömək edir, saçları gücləndirir.

Mütəxəssislər qeyd edirlər ki, qara kişmişin faydalarına baxmayaraq, onun istehlak miqdarına diqqət yetirmək vacibdir. Yüksək şəkər miqdarına görə, bu məhsulun normadan artıq istifadəsi çəki artımına və qanda şəkərin səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Xüsusilə şəkər xəstələri onu həkim nəzarəti ilə qəbul etməlidirlər.

Qida mütəxəssislərinin apardığı araşdırmalara əsasən, qara kişmiş sağlam həyat tərzini dəstəkləyən təbii və faydalı məhsullardan biridir.

Kateqoriya: Cəmiyyət, Sağlamlıq
Öncəki yazı
İsrail “Qara Bayraq” adlı hərbi əməliyyata başlayıb