Böyük Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edib

36

Böyük Britaniya illərlə davam edən vətəndaş müharibəsindən sonra Suriya ilə diplomatik münasibətləri bərpa edib.

“Suriya xalqı üçün yeni bir ümid var. Bütün suriyalılar üçün sabit, daha təhlükəsiz gələcək qurmaq məqsədilə yeni hökuməti dəstəkləmək bizim marağımızdadır”,- deyə Böyük Britaniyanın Xarici İşlər Naziri David Lamm bildirib.

Lamm iyulun 5-də Suriyanın paytaxtı Dəməşqə səfər edib.

O, ölkəyə 95,5 milyon funt sterlinq yardım vəd edib. Britaniya hökuməti açıqlamasında şənbə günü elan edilən Böyük Britaniyanın maliyyə yardım paketinin Suriyaya təcili humanitar yardım göstərəcəyini və ölkənin təhsil kimi sahələr vasitəsilə uzunmüddətli bərpasını dəstəkləyəcəyini bildirib.

Lammın səfəri Britaniya nazirinin son 14 ildə Suriyaya ilk səfəridir.

Xatırladaq ki, ötən həftə ABŞ prezidenti Donald Tramp ABŞ-ın Dəməşqə tətbiq etdiyi sanksiyaları ləğv etdi. Aprel ayında Britaniya da investisiyaları təşviq etmək üçün sanksiyaları yumşaldıb. Britaniyanın Suriya Mərkəzi Bankı və digər 23 quruma qarşı sanksiyaları ləğv edilib, lakin Əsəd rejimi rəsmilərinə qarşı sanksiyalar qalıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
İsrail Qətərə danışıqlar üçün nümayəndə heyəti göndərəcək
Öncəki yazı
Milli Ekologiya Agentliyi gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb