Milli Ekologiya Agentliyi gözlənilən hava şəraiti ilə bağlı əhalini xəbərdar edir və məlumat yayır:
“İyulun 5-də gündüz Şərqi və Qərbi Gürcüstanın dağlıq rayonlarında fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə güclü küləyin əsəcəyi, Şərqi Gürcüstanda dolu düşəcəyi ehtimalı var.
Gözlənilən yağıntılar Gürcüstan çaylarında sululuğun əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq ərazilərdə sürüşmə-qum fırtınası proseslərinin başlamasına və aktivləşməsinə (təhlükə səviyyəsi orta) səbəb ola bilər”, – məlumatda deyilir.