Narkomanların məcburi müalicəsi üçün ilk tibb şöbəsi fəaliyyətə başlayıb

70

Narkomanların məcburi müalicəsi üçün ilk tibb şöbəsi fəaliyyətə başlayıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, yeni xəstəxana ilkin mərhələdə 22 xəstə üçün nəzərdə tutulub. Gələcəkdə bu sayın artırılması planlaşdırılır.

Müalicə prosesi “Psixi Sağlamlıq və Narkomanlığın Profilaktikası Mərkəzi” MMC-nin bazasında həyata keçirilir. Yeni şöbəyə əmək, səhiyyə və sosial müdafiə naziri Mixail Sarjveladze və daxili işlər nazirinin müavini Qiorqi Butxuz baxış keçirib.

Xəstəxana yüksək ixtisaslı tibbi heyətlə təmin edilib. Müalicə zamanı narkoloqlar, müxtəlif sahələr üzrə həkimlər, psixoloqlar və sosial işçilərdən ibarət multidissiplinar komanda iştirak edir.

Proses müasir klinik protokollara və beynəlxalq standartlara uyğun aparılacaq və hər bir xəstənin fərdi ehtiyaclarına uyğun şəkildə təşkil ediləcək.

Bu, ölkədə narkomaniyaya qarşı mübarizədə atılmış mühüm addım hesab olunur.

Kateqoriya: Cəmiyyət, Sağlamlıq
Sonrakı yazı
4 iyul tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
Ölkəmizdə Vahid Milli İmtahanlar Başladı