Qanunsuz sayrışan işıq quraşdıran sürücülərə ağır cəza tətbiq olunacaq

74

Qanunsuz sayrışan işıq quraşdıran sürücülərə ağır cəza tətbiq olunacaq.

“Yol hərəkəti haqqında” qanuna edilən son dəyişikliklərə əsasən, nəqliyyat vasitəsinə qanunla müəyyən edilmiş rəngdən başqa hər hansı sayrışan işığın quraşdırılması qadağan edilib. Bu addımın məqsədi hərəkət iştirakçılarının çaşdırılmasının qarşısını almaqdır.

Qeyd edək ki, eyni qanuna əsasən, bu qaydanı pozan sürücülər 2000 lari məbləğində cərimələnəcək. Eyni zamanda, qanunsuz quraşdırılmış sayrışan işıq müsadirə ediləcək və sürücünün sürücülük vəsiqəsinə verilmiş ballardan 15 bal silinəcək.

Qanun layihəsində qeyd olunur ki, eyni qanun pozuntusunun təkrar baş verməsi daha sərt cəza ilə nəticələnəcək. Belə ki, təkrar hal zamanı 2500 lari məbləğində cərimə, sayrışan işığın müsadirəsi və əlavə olaraq 20 ballıq azalma tətbiq ediləcək.

Bu dəyişikliklər yol hərəkətinin təhlükəsizliyini artırmaq və sürücülər arasında məsuliyyəti gücləndirmək məqsədi daşıyır.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Marneuli və Bolnisidə abituriyentlər üçün sınaq imtahanı təşkil olunub
Öncəki yazı
Donald Tramp – İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb