Avropa qızmar istidən əziyyət çəkir

19

Avropa qızmar istidən əziyyət çəkir.

Fransa, İspaniya, İtaliya, Portuqaliya və Almaniya istiyə görə risk altındadır.

Bu barədə BBC məlumat yayıb.

Nəşrin məlumatına görə, Fransanın 16 departamentinə, o cümlədən Eyfel qülləsinin yuxarı hissəsinin bağlı olduğu Parisə qırmızı həyəcan siqnalı verilib – bu isə həddindən artıq isti üçün təhlükənin ən yüksək səviyyəsidir.

İtaliyada yüksək temperaturdan iki nəfər ölüb, Türkiyənin qərbində baş verən yanğınlar səbəbindən 50 min insan təxliyə edilib.

Portuqaliya və İspaniyanın bəzi bölgələrində bu həftə havanın temperaturu 46 dərəcəyə çatıb ki, bu da iyun ayında indiyə qədər ölkələrdə qeydə alınan ən yüksək temperaturdur.

İyun ayında qeydə alınan ən yüksək temperatur 46 dərəcə olub.

Sinoptiklər İngiltərənin cənub-şərqində bu gün temperaturun 35 dərəcəyə çatacağını proqnozlaşdırırlar.

 

Kateqoriya: Dünya
Sonrakı yazı
Piyadalar üçün cərimələr artırılır: Yol nişanlarına tabe olmama ciddi şəkildə cəzalandırılacaq
Öncəki yazı
Yeniyetmə yol qəzasının qurbanı olub