Milli Ekologiya Agentliyinin məlumatına görə, iyunun 29-da günün sonundan 30-u günün ikinci yarısınadək Gürcüstanın əksər rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir.
Əldə olan məlumata görə, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, arabir güclü küləyin əsəcəyi gözlənilir.
“Gözlənilən yağıntılar Gürcüstanın kiçik çaylarında daşqınlara, dağlıq ərazilərdə sürüşmələrin başlamasına və aktivləşməsinə səbəb ola bilər (Təhlükə səviyyəsi orta)”, – məlumatda deyilir.