Tbilisidə oğurluq etməkdə şübhəli bilinən Gürcüstan vətəndaşları Bakıda saxlanılıb

66

Tbilisidə oğurluq etməkdə şübhəli bilinən Gürcüstan vətəndaşları Bakıda saxlanılıb.

Saxlanılanlar 46 yaşlı Kaxaber Aleksandriya, 48 yaşlı Rusa Slava, 40 yaşlı Davit Sanikidze və 58 yaşlı Fikrət Səlimovdur.

Saxlanılan şəxslər yaşayış mənzilindən 2000 lariyə qədər nağd pul və 50000 lariyə qədər qızıl oğurlamaqda ittiham olunurlar.

İstintaq müəyyən edib ki, naməlum şəxslər bir neçə gündür eyni ünvana gedib orada yerləşən evlərə baxış keçiriblər. Onlar heç kimin olmadığına əmin olduqdan sonra mənzilə daxil olublar.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Kateqoriya: Cəmiyyət, Cinayət, Region
Sonrakı yazı
Yunanıstanda meşə yanğını ilə mübarizə aparılır
Öncəki yazı
Parlamentin yaz sessiyası bu tarixdə bağlanacaq