Bu gün, iyunun 26-da Avropa Şurası Parlament Assambleyasında Gürcüstanla bağlı debat keçiriləcək.
Bu barədə məlumat AŞPA-nın saytında yerləşdirilib.
Bu gün Avropa Şurası Parlament Assambleyasında “Gürcüstanda siyasi təqiblə üzləşən şəxslərin dərhal azadlığa buraxılmasına çağırış” adlı debat da planlaşdırılır.
Debat Tbilisi vaxtı ilə saat 17:00-da başlayacaq günün ikinci sessiyası çərçivəsində keçiriləcək.