Zuqdidinin mərkəzində yaşayış binasında baş verən yanğında 1 nəfərin tüstüdən zəhərlənərək öldüyü güman edilir. Yanğınsöndürmə bölməsi 3 dəqiqə ərzində hadisə yerinə gəlib, lakin qadın artıq dünyasını dəyişib.
İkinci şəxsin vəziyyəti ağırdır və o, Zuqdidi xəstəxanasından müvafiq klinikaya yerləşdirilib.
Əldə olan məlumata görə, mənzildə ana və uşaq olub.
Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.