İranın xarici işlər naziri Abbas Əraqçi Cenevrədə Avropanın xarici işlər nazirləri ilə danışıqlardan sonra jurnalistlərə bildirib ki, İran İsrailin təcavüzü dayandırıldıqdan sonra diplomatiyaya qayıtmaq məsələsini nəzərdən keçirməyə hazırdır.
“İran təcavüz dayandırıldıqdan və təcavüzkar törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edildikdən sonra diplomatiyaya qayıdış məsələsini nəzərdən keçirməyə hazırdır”, – deyən Əraqçi İranın müdafiə imkanlarının “müzakirə edilə bilməyəcəyini” qeyd edib. O, İsrailin necə cavab verəcəyini açıqlamayıb, lakin gələcək danışıqlara hazır olduğunu bildirib.
“Biz E3 [Fransa, Almaniya, Böyük Britaniya] və Avropa İttifaqı ilə danışıqların davam etdirilməsinin tərəfdarıyıq və yaxın gələcəkdə görüşməyə hazır olduğumuzu bildirmişik”, – deyə Əraqçi bildirib.