İran-İsrail müharibəsi Avropa və regiona mənfi təsir göstərə bilər-Rəcəb Tayyib Ərdoğan

90

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran və İsrail arasında müharibənin miqrasiya baxımından Avropaya mənfi təsir göstərə biləcəyini deyib.

Mətbuatda yayılan xəbərlərə görə, Ərdoğan münaqişənin miqrasiyanın artmasına səbəb ola biləcəyini və bunun Avropa və regiona mənfi təsir göstərəcəyini bildirib.

“İsrailin hücumları nəticəsində yaranan zorakılıq spiralı miqrasiyanın artması və nüvə sızması ehtimalı baxımından regiona və Avropaya zərər verə bilər”, – Ərdoğan bildirib.

Kateqoriya: Dünya, Gündəm, Region
Sonrakı yazı
İsrailin təcavüzü dayandırıldıqdan sonra İran diplomatiyaya qayıtmaq məsələsini müzakirə edə bilər-Abbas Əraqçi
Öncəki yazı
İsrailin baş naziri Benyamin Netanyahu bəyanat yayıb