İranın İsrailə ballistik raket hücumu davam edir

100

“The Times of Israel” xəbər verir ki, İranın ballistik raketi İsrailin Beer-Şeba şəhərinə düşüb və ziyan vurub.

Nəşr həkimlərə istinadən xəbər verir ki, hazırda xəsarət alan olmayıb.

Raket yaşayış binalarının kənarına düşərək bir neçə avtomobilin yanmasına səbəb olub. Yaxınlıqdakı evlərə də ziyan dəyib.

Bundan əvvəl məlum olmuşdu ki, İrandan ballistik raketin buraxılması ilə əlaqədar İsrailin cənubunda, Beerşeba və yaxın şəhərlərdə hava hücumu siqnalları eşidilib.

Kateqoriya: Dünya, Gündəm, Region
Sonrakı yazı
21 iyun tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
İrandan hədəflərə nöqtə atışı