İsrail ərazisində hava hücumu siqnalları səslənir ki, bu da İranın raket atdığını göstərir.
Məlumatı İsrail Müdafiə Qüvvələri (IDF) yayıb.
“İrandan İsrail Dövləti istiqamətində raketlərin atıldığı aşkar edildikdən sonra İsrailin bir neçə bölgəsində siqnal səsləri eşidilib. Biz ictimaiyyəti Arxa Komandanlığın göstərişlərinə tabe olmağa çağırırıq”, – bəyanatda deyilir.
İsrail Hərbi Hava Qüvvələri raketləri vurmaq üçün çalışır. İDF qeyd etdiyi kimi, hava hücumundan müdafiə sistemləri germetik deyil və əhalini təlimatlara tabe olmağa çağırır.