This is a specific ad

Ğaribaşvili: “Rusiyada bir milyon gürcü var. Rusiyaya birbaşa uçuşların bərpası o demək deyil ki, Rusiya ilə hər hansı siyasi məsləhətləşmələr aparırıq

35

Another advertisement

“Rusiya ilə iqtisadi və ticarət əlaqələrimiz var. Rusiya ilə iqtisadi-ticarət əlaqələrimizi dayandıracağımızı heç vaxt deməmişik. Nəzərinizə çatdırım ki, bir çox ölkənin Rusiyaya uçuşları var. Biz açıq şəkildə bəyan etdik ki, heç bir sanksiyaya məruz qalan heç bir aviaşirkət Gürcüstana uçmayacaq,”– QafqazTürk xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bəyan edib.

Baş nazirin dediyinə görə, Gürcüstan Rusiya ilə iqtisadi və ticarət əlaqələrini qətiyyətlə qoruyacaq.

“Amerika Gürcüstan üçün çox mühüm strateji partnyorudur və Amerikanın bizim üçün və Avropa üçün etdiyi hər şeyə görə çox minnətdarıq. Həmçinin Avropaya qarşı minnətdarıq. Ancaq Gürcüstanın öz milli maraqlarına sahib olmaq üçün suveren hüquqları var. Açıqladığım kimi, Rusiya ilə iqtisadi və ticarət əlaqələrimiz var. Rusiyada milliyətcə bir milyon gürcü var və orada diaspor şəklində yaşayırlar. Buna görə, Rusiya ilə birbaşa uçuşların bərpası adi haldır. Uçuşların bərpası o demək deyil ki, Rusiya ilə hər hansı siyasi məsləhətləşmələr aparırıq. Qeyd etdiyim kimi, bu bizim iqtisadi və ticarət əlaqələrinin tərkib hissəsidir, necə ki Avropa İttifaqı və Amerikanın Rusiya ilə ticarət əlaqələri var” – Ğaribaşvili bəyan edib.

Sonrakı yazı
Marneuli bələdiyyəsinin Candar qəsəbəsində park salınacaq
Öncəki yazı
Müdafiə naziri NATO baş katibinin nümayəndəsi ilə görüşüb – ƏTRAFLI